...türkləşmək, islamlaşmaq, müasirləşmək...

BİR OVUC SEVGİ, BİR OVUC İNAM, BİR OVUC İŞIQ, BİR OVUC İSTİLİK

       Kəlbəcərin işğalı ilə həmyaşıd olan məktub

İnsanlar öz çabalarıyla birşey yapamazlar.
İnsanları ayağa kaldıracak lider lazım.
Lider özünü düşünmeden, cebini doldurmaya bakmadan,
herşeyiyle tüm varlığıyla milletine feda edebilirse özünü,
o milleti kimse yenemez toprağını elinden alamaz.
(Ulvi bəyin şərhindən)


       Bizim ölkəmizdə 16 yaşı tamam olanlara kimlik kartı verilir.
      Bu gün Kəlbəcərin təsliminin 16 ya
şı tamam oldu.
Kəlbəcərlilərə verilən kimlikdə ünvanları necə yazılır görəsən... müvəqqəti yaşayış yeri, çadır şəhərcikləri, qaçqın düşərgələri yoxsa üzünü görmədikləri YURD yerlərinin adı?

        Məğlubiyyətimizin vizit kartına hər il bir rəqəm əlavə olunur, hər il təkrarlanan eyni sözlərə isə əlavə eləyə bilmirik: - “...yerdə qalmayacaq”, “İnşaallah gələn il bu vaxtacan”...

Davamı...

Açar sözlər: kəlbəcər-16 işğal tələbə-gənc dost türkiyə 

Yazar: Mehin | Tarix: Aprel 3, 2009 16:06 | YAŞANANLAR | (48) | Baxış sayı: 803


Qaçqınları sevmirlər, çünki onlar bizim məğlubiyyətimizi bizə xatırladır, çünki onlar Qarabağı xatırladır, çünki onlar əsir düşən qadınları xatırladır...biz axı çox unutmaq istəyirik(uğurla da bacarırıq). Axı niyə onlar orada ölmədilər, qayıdıb gəldilər? İndi geniş yerimizi dar edirlər. (RUZİGARIMın şərhindən)


 

 

 

 

 

 

 

 Qaçqınların Bakıdan çıxarılmasına sevinən...

Qaçqınların Bakıdan çıxarılması xəbərini qəzetlər yazdılar. Bu xəbərə gördüyüm reaksiya daha ağrıdıcı gəldi: - ”Düz edirlər, Bakıda Bakılılıq qalmamışdı ki. Hanı o illərin Bakısı? “Parapet”ə çıxırdın, üzdən hamı bir-birini tanıyırdı, necə intelligent atmosfer vardı. Bu qaçqınlar Bakını kəndə döndərdilər. Bizim birinci mərtəbədə o tərəfdən gələnlər yaşayır, həyəti hasara alıb əkib-becərirlər, Qarabağdan gələnlər də şəhərdə mal-heyvan saxlayırlar. Bakı olub çuşkaxana”...

Davamı...

Açar sözlər: qaçqın bakı 

Yazar: Mehin | Tarix: Fevral 15, 2009 20:49 | YAŞANANLAR | Şərhlər(50) | Baxış sayı: 865

 

Bu qarmı vaxtsız yağdı...

 Bu gülmü vaxtsız açdı...

 Bu vaxtsızlığın özü gözəl deyilmi?

 Bəzən vaxtsız açan bir gül digərlərindən daha rayihəli olur.

 Bəzən vaxtsız yağan qar elə hərarətli olur  ki... 

 

 

 

 

 

 

Davamı...

Açar sözlər: qış həsrət 

Yazar: Mehin | Tarix: Yanvar 17, 2009 21:30 | YAŞANANLAR | (88) | Baxış sayı: 1312

ulduzların yerdəki əksi  

və yaxud kanalizasiyadakı ulduzcuqlar    

 

  Gəldi və getdi... Heydər Əliyev adına sarayda, atılıb düşdü, bileti 50-150 manat civarında 2165 yerin pulunu yığıb apardı, bu qədər adam iki saat ərzində ona çəpik çaldı. Ordakıların neçəsi onun havasına oynadı-bilmirəm.
      Tolstoyun, Dostoyevskinin millətinin nümayəndəsi Bakıya yalnızca bu şərtlərinin qəbul olunacağı təqdirdə gələcəyini bəyan etmişdi: - onun yanında bircə kəlmə də azərbaycan dilində danışılmamalıdır, ona xalis qızıldan hazırlanmış qablarda yemək verilməlidir və sairə. Və... onun yerləşdiyi otel odasında məhz azərbaycanlı rəqqasə qızlar rəqs etməlidir...
Görünür ki danışıq aparanlar bu cinsi azlığın şərtlərini qəbul ediblər.  Və hardasa 2 min azərbaycanlı kişinin cibindən çıxan pulla o saraydakı konsertə bilet alınıb.

Davamı...

Açar sözlər: milli qürur 

Yazar: Mehin | Tarix: Dekabr 5, 2008 21:47 | YAŞANANLAR | (30) | Baxış sayı: 812

Hamı beş illik həyatı müzakirə edir bu günlərdə. Ötən və qarşıdakı beş ilidən kimi tənqidlə, kimi təriflə, kimi ümidlə, kimi də ümidsizliklə danışır.
Bəlkə mən də bir beş ildən, keçmişdə qalan 1988-1993-cü illər kəsimindən söz açım.
... O illərdə "Gənclik" və "Ulduz" jurnalları dərc olunurdu. Həmin jurnallarda beləcə şeirlər vardı. 

...Bu nəğmə hər ürəyin 
Yarasını sarımaz
Sevib yarımayanlar
Nəğmədən heç yarımaz...
                   (S.Yusifoğlu)

***

...Nəsimi kəpənək olsaydı 
Dərisini soyarmıydılar
Kəpənəyi 
Nəsimi olmağa qoyarmıydılar...
               ...Kəpənək olmağa ümidim artıb
                  Qəlbimdə nəyim var ümiddən artıq...
                                                         (B.Rövşən)

Davamı...

Açar sözlər: sevgi vətən nəğmə 

Yazar: Mehin | Tarix: Oktyabr 27, 2008 23:15 | YAŞANANLAR | (29) | Baxış sayı: 768

Qabaqki yazılar

  Yazılar cəmi: 6