...türkləşmək, islamlaşmaq, müasirləşmək...

BİR OVUC SEVGİ, BİR OVUC İNAM, BİR OVUC İŞIQ, BİR OVUC İSTİLİK

 ..AZƏRBAYCAN-PEYĞƏMBƏRLƏR VƏ ÖVLİYALAR YURDU... TANRININ VƏHDƏT GÜNƏŞİ İLK KƏRƏ SƏNDƏ DOĞDU...  SƏNİN QƏRB SƏRHƏDDİN BURADA BİTİR (IX əsrə aid Ərzincanda bir Türk ərəninin baş daşına yazılmışdır). TANRI TÜRKÜ QORUSUN VƏ UCALTSIN!  (tarixçi alimimizin VAHƏyə yazdığı şərhdən)

 

  Tarixçi alim

Kərəm Məmmədov:

"İslamı qəbul etməyən neçə-neçə Türk xalqları öz Türklüklərini də itirdilər. Lakin həm də unutmayaq ki, hər bir xalq İslamı özünə uyğun formada qəbul etmişdir.  Ərəbin İslamı vəhhabilik, farsın İslamı şiəlik, Türkün İslamı isə Qızılbaşlıqdır."

 

 

...türkləşmək, islamlaşmaq, müasirləşmək... Oazisin bu şüarına bəzi dostlar irad tutdular. Əsasən də bu məqama ki, türkçülük və islamı bir araya sığışdırmaq mümkün deyil. "Ulu Türk yurdu-Borçalı" saytında Kərəm müəllimin dəyərli məqalələrində türkçülüyün və islamın birləşdirilməsinin mümkünlüyünü görüncə sevindim.  
Həm uzun zaman idi ki, Oazisin "Çolpan"  bölməsi yenilənmirdi. Bu gün həmin bölmədə,  tarixçi alim, etnoqraf K.Məmmədovun "Gün-az" tv-də gördüyüm müsahibəsindən kiçik bir hissəni paylaşmaq istədim.  Müsahibəni bütün oxumaq istəsəniz bura baş çəkin:

http://www.gunaz.tv/xaber/nadir-sah-sunni-sie-edavetini-cozmek-isteyirdimusahibe 

 

Davamı...

Açar sözlər: kərəm-məmmədov qızılbaşlıq şiəlik türkçülük alban 

Yazar: Mehin | Tarix: İyul 20, 2009 20:26 | ÇOLPAN | Şərhlər(19) | Baxış sayı: 493

 Koreyadan görünən Azərbaycan belədir: 

 ..."İnsan münasibətləri normal inkişaf etməmiş, əməksevərlik adinda bir şey yox (əsas da Bakıda) və ən əsası yalnız dildə olub əməldə olmayan vətənpərvərlik hissiyyatı"...

 

    “Hər şey haqqında” bloqunda Ramin Həsənəlizadə belə bir ənənə yaratmışdı. Maraqlı görünən bloq idarəçilərindən müsahibə götürürdü.
Bu həm bloqlar (bloqçular) arası ünsiyyətin atrmasına, həm də azəribloq istifadəçilərinin bir-birlərini daha yaxından tanımasına kömək edirdi.
Oazisdə ilk kərə bu ənənədən yararlanıb, uzaq şərqdəki bir soydaşımızı, istedadlı bir  gənci bütün dostlara təqdim etmək istədim.     

Davamı...

Açar sözlər: azərbaycan koreya tələbə gənc polite-form 

Yazar: Mehin | Tarix: İyun 24, 2009 9:48 | Paylaşdıqca çoxalır | Şərhlər(20) | Baxış sayı: 425

28 may - Respublika günü 
Sən mənim arzularımdan keçən bir ömürlük nəğməsən,
MÜSTƏQİL RESPUBLİKA 

 

  

Azərbaycan Respublikasının 1920-ci ildə təsdiqlənmiş xəritəsi

Davamı...

Açar sözlər:

Yazar: Mehin | Tarix: May 27, 2009 22:10 | Bölməsiz | Şərhlər(13) | Baxış sayı: 327

 Çox oğlanlar minmişdi o ağ ata. Ona adam mindirməklə yaxşı pul qazanmaq olurdu oralarda... Ruzigarımın şərhindən 

 

  Fələyin işi ya çərxin gərdişidir ki, lalə bu kötüyə sığınıb. Onu nə dərmək, nə bağışlamaq, nə də yerini dəyişdirmək olmur...  

Davamı...

Açar sözlər: nağıl ağ-atlı-oğlan tiyan dərviş aslan-at-quş 

Yazar: Mehin | Tarix: May 15, 2009 15:40 | Qadınca | Şərhlər(25) | Baxış sayı: 453

 ...Şerqden başqa yerlerde şekillerdeki yerleri tapmaqınız çox çetin olar bunuda bilin...-Kırlanğıçın şərhindən 

 

  Hər şey gözəldi… 

  

 bu qəribə ağaca baxıb onun adama bənzədiyini düşünmək...

Davamı...

Açar sözlər: yaz ağac gül-çiçək,torpaq,təbiət 

Yazar: Mehin | Tarix: May 13, 2009 9:25 | Bir ovuc yaz | Şərhlər(29) | Baxış sayı: 491

  SƏSİMİZİ DÜNYAYA ÇATDIRAQ

 

  

 

Rəsmi məlumat almaq üçün:

http://www.lent.az/news.php?id=22789 

Aksiyaya qoşulmaq üçün:

http://mexfiler.azeriblog.com 

Davamı...

Açar sözlər: şuşa konqres unesko aksiya 

Yazar: Mehin | Tarix: May 8, 2009 15:04 | Bölməsiz | (13) | Baxış sayı: 569

Məni yandıran odur ki, hər dəfə bizi məktəbimizdə olan zala aparıb erməni "dğa"larının biz azərilərin və eyni zamanda türklərin başına gətirdikləri müsibətləri göstərirlər! Onlara baxanda nələr, necə hisslər keçirdiyimizi bir tək Allah bilir! (Bilinməyənin şərhindən)

 

  Ermeni Vahşeti

  Qeyd: birinci bölüm bitincə ikinci bölüm üçün, ENTER THE SİTE yazısına tıklamak lazımdı.

 

 Sən

mənim arzularımdan keçən

bir ömürlük nəğməsən...  

Davamı...

Açar sözlər: azerbaycan türkiye sınır-sərhəd rusya sumgayıt 

Yazar: Mehin | Tarix: Aprel 24, 2009 8:01 | ÇOLPAN | (39) | Baxış sayı: 735


       Kəlbəcərin işğalı ilə həmyaşıd olan məktub

İnsanlar öz çabalarıyla birşey yapamazlar.
İnsanları ayağa kaldıracak lider lazım.
Lider özünü düşünmeden, cebini doldurmaya bakmadan,
herşeyiyle tüm varlığıyla milletine feda edebilirse özünü,
o milleti kimse yenemez toprağını elinden alamaz.
(Ulvi bəyin şərhindən)


       Bizim ölkəmizdə 16 yaşı tamam olanlara kimlik kartı verilir.
      Bu gün Kəlbəcərin təsliminin 16 ya
şı tamam oldu.
Kəlbəcərlilərə verilən kimlikdə ünvanları necə yazılır görəsən... müvəqqəti yaşayış yeri, çadır şəhərcikləri, qaçqın düşərgələri yoxsa üzünü görmədikləri YURD yerlərinin adı?

        Məğlubiyyətimizin vizit kartına hər il bir rəqəm əlavə olunur, hər il təkrarlanan eyni sözlərə isə əlavə eləyə bilmirik: - “...yerdə qalmayacaq”, “İnşaallah gələn il bu vaxtacan”...

Davamı...

Açar sözlər: kəlbəcər-16 işğal tələbə-gənc dost türkiyə 

Yazar: Mehin | Tarix: Aprel 3, 2009 16:06 | YAŞANANLAR | (48) | Baxış sayı: 738

 Yetişmir… Yetişmirik… Yetişdirə bilmirik…   

Bloqa qoyulmasını gözləyən yarımçıq yazılarımdan biriydi bu. 8 mart ərəfəsində yazılmış “Burda yetişmir”i bu gün başa çatdıra bildim. 
“Ədəbiyyat üzrə xüsusi məruzəçi...”ni oxuyandan sonra…
(İÇ-İÇƏ bloqunda)

 

 

 

 

 

 

 

 

 

 

 

Davamı...

Açar sözlər: ana oğul yetişdirmək milyonçu qadın 

Yazar: Mehin | Tarix: Mart 28, 2009 21:23 | Qadınca | Şərhlər(36) | Baxış sayı: 599

"Heydərbabaya salam"ı  oxumayan tapılmaz fikrimcə. 
Onu Şəhriyarın dilindən eşitməyin ləzzəti bir başqadır.

 Davamında, səhifənin sağ tərəfində, yuxarıda Şəhriyarın öz səsiylə, bu bəndləri dinləyə bilərsiniz. 

Heydər Baba, Mirzəmmədin bağçası, 
Bağçaların turşaşirin alçası, 
Gəlinlərin düzmələri, taxçası 
Hey düzülər gözlərimin rəfində, 
Heymə vurar xatirələr səfində. 

Bayram idi, gecəquşu oxurdu, 
Adaxlı qız bəy corabın toxurdu, 
Hər kəs şalın bir bacadan soxurdu, 
Ay nə gözəl qaydadı şal sallamaq, 
Bəy şalına bayramlığın bağlamaq. 

Davamı...

Açar sözlər: şəhriyar heydərbaba novruz bayramı çərşənbə 

Yazar: Mehin | Tarix: Mart 22, 2009 19:50 | Paylaşdıqca çoxalır | (22) | Baxış sayı: 434

    

 SÖYÜD SUYA DƏYƏNDƏ

ne güzell,
ne insani,
ne insan odaklı efsanelerimiz var değilmi? (
Feridun bəyin şərhindən )

Davamı...

Açar sözlər: novruz ilaxır-çərşənbə söyüd-çay inanc-adət nənə 

Yazar: Mehin | Tarix: Mart 17, 2009 0:20 | Bir ovuc inam | (47) | Baxış sayı: 617

  Bu gün Məhəmməd peyğəmbərin doğum günüdür.
Belə gündə Mövlanadan bir duanı paylaşmaq istədim.

  

 

Davamı...

Açar sözlər:

Yazar: Mehin | Tarix: Mart 8, 2009 22:08 | Mövlana Cəlaləddin Rumi | (21) | Baxış sayı: 398

Gördüyüm iş əbədiymiş, dərinmiş, 
Bu qayalar Qorqud nəğmələriymiş ? 
Pərdəsi daş, qundağı daş, simi daş, 
Bu tamburu çalan lazım, a qardaş.
Davamı...

Açar sözlər: fərman kərimzadə-70 vedi yurd 

Yazar: Mehin | Tarix: Mart 3, 2009 22:06 | Paylaşdıqca çoxalır | (17) | Baxış sayı: 460


Bu gün ANA DİLİ günüdür.

Vətənin kimliyidir, varlığının daş təməli 
Kimliyin bayrağıdır hər balanın doğma dili

Ana dildir elinin tarixi, aydın tanığı 
Yurdunun,ölkəsinin, aynası sönməz çırağı  

(Mayis bəyin şərhindən)  

 

 

 

 

 

 

 

 

 ANA DİLİ günündə,  “Hər şey haqqında” bloqunun idarəçisi Ramin Həsənəlizadənin təşəbbüsü ilə azəribloq istifadəçiləri aksiya keçirir. 

Davamı...

Açar sözlər: ana dili əlifba hərflər 

Yazar: Mehin | Tarix: Fevral 21, 2009 11:47 | Paylaşdıqca çoxalır | (37) | Baxış sayı: 510

Qaçqınları sevmirlər, çünki onlar bizim məğlubiyyətimizi bizə xatırladır, çünki onlar Qarabağı xatırladır, çünki onlar əsir düşən qadınları xatırladır...biz axı çox unutmaq istəyirik(uğurla da bacarırıq). Axı niyə onlar orada ölmədilər, qayıdıb gəldilər? İndi geniş yerimizi dar edirlər. (RUZİGARIMın şərhindən)


 

 

 

 

 

 

 

 Qaçqınların Bakıdan çıxarılmasına sevinən...

Qaçqınların Bakıdan çıxarılması xəbərini qəzetlər yazdılar. Bu xəbərə gördüyüm reaksiya daha ağrıdıcı gəldi: - ”Düz edirlər, Bakıda Bakılılıq qalmamışdı ki. Hanı o illərin Bakısı? “Parapet”ə çıxırdın, üzdən hamı bir-birini tanıyırdı, necə intelligent atmosfer vardı. Bu qaçqınlar Bakını kəndə döndərdilər. Bizim birinci mərtəbədə o tərəfdən gələnlər yaşayır, həyəti hasara alıb əkib-becərirlər, Qarabağdan gələnlər də şəhərdə mal-heyvan saxlayırlar. Bakı olub çuşkaxana”...

Davamı...

Açar sözlər: qaçqın bakı 

Yazar: Mehin | Tarix: Fevral 15, 2009 20:49 | YAŞANANLAR | Şərhlər(48) | Baxış sayı: 761

Cocuqların yüksəltdiyi bayraq… 

Davamı...

Açar sözlər: memmedemin-125 bayraq 

Yazar: Mehin | Tarix: Fevral 1, 2009 2:18 | Paylaşdıqca çoxalır | (38) | Baxış sayı: 871

 

Bu qarmı vaxtsız yağdı...

 Bu gülmü vaxtsız açdı...

 Bu vaxtsızlığın özü gözəl deyilmi?

 Bəzən vaxtsız açan bir gül digərlərindən daha rayihəli olur.

 Bəzən vaxtsız yağan qar elə hərarətli olur  ki... 

 

 

 

 

 

 

Davamı...

Açar sözlər: qış həsrət 

Yazar: Mehin | Tarix: Yanvar 17, 2009 21:30 | YAŞANANLAR | (88) | Baxış sayı: 1206

talesizlik

 

 

           Orda bir yol var uzaqda

O yol bizim yolumuzdur

Getməsək də varmasaq da

O yol bizim yolumuzdur

                   
 
 
 
 
 
 
 
 
 
Davamı...

Açar sözlər: əsir qadın bayram 

Yazar: Mehin | Tarix: Dekabr 29, 2008 11:13 | Qadınca | Şərhlər(32) | Baxış sayı: 869

Qabaqki yazılar

  Yazılar cəmi: 39    Sonrakı səhifə »